Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Arzu Tofiq qızı İsgəndərzadə
AMEA Nəsimi adına Dilçilik İnstitutu
dissertant

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NƏŞR OLUNAN “HƏQİQƏT” QƏZETİ
 VƏ ONUN DİLİNDƏ İŞLƏNƏN ALINMA SÖZLƏRİN TƏHLİLİ
Xülasə
“Həqiqət” qəzeti Azərbaycanda 1909-1910-cu illərdə nəşr olunmuş siyasi, iqtisadi, ədəbi gündəlik bir qəzet olmuşdur. 
“Həqiqət” qəzetinin dilində dövrün tələb və şərtlərinə uyğun olaraq ərəb, fars, rus-Avropa, osmanlı türkcəsində olan kəlimələrə tez-tez rast gəlirik. 
Çarizmin Azərbaycanda möhkəmlənməsi ilə ədəbi dilimizdə rusca kəlimələrdən istifadə olunmağa başlandı. Bu dövrdə Rusiyanın Azərbaycan üzərindəki təsiri rus dilinin həm yazılı mətnlərdə, həm də danışıq dilində tez-tez istifadə edilməsinə səbəb olmuşdur. Digər tərəfdən uzun əsrlər boyu ərəb və fars dillərinin Azərbaycanda dövlət dili olması bu dillərin ədəbi dilimizə güclü şəkildə təsir etməsinə səbəb olmuşdur. XIX -XX əsrlər də Türkiyə-Azərbaycan arasındakı münasibətlərin yaxşı olması, bir çox ziyalılarımızın türk ziyalıları ilə tez-tez görüşmələri ədəbi dildə də öz əksini tapırdı. Bu təsirin izlərini “Həqiqət” qəzetinin dilində osmanlı türkcəsinə aid sözlərin və “yor” şəkilçisinin sıx şəkildə işlədilməsi görürük. “Həqiqət” qəzetinin səhifələrinə nəzər yetirdikdə ərəb, fars tərkiblərinin üstünlük təşkil etdiyi məqalələr istisna olmaqla qəzetin ümumi dili anlaşılandır.
Açar sözlər: mətbuat, qəzet, “Həqiqət” qəzeti, alınma sözlər, XX əsr

Arzu Tofig Iskenderzadeh

"Hakikat" newspaper published at the beginning of the 20th century and
 the analysis of foreign words used in its language
Abstract
“Hagigat” newspaper which had been issued between 1909-1910 years was political, economic and literary daily newspaper. According to the terms and demands of ist time we often come across with arabian, persian, russian-european, ottoman Turkish word language of the “Hagigat” newspaper. 
It had been started using of Russian words in our literary language with strengthening of czarism in Azerbaijan. At that times the great influence of Russia on Azerbaijan had caused frequently using of russian language both in written texts and speaking. On the other hand during long centuries because of being Azerbaijan national language arabian and persian languages had a great impression on our literary language. Due to a good relation between Turkey and Azerbaijan in XIX-XX centuries, frequently meeting of most our educated people with turkish intellectuals had founded its influences in our literary language. Traces of that impression had shown itself with rapidly using of ottoman-turkish words and "yor" suffix in language of the “Hagigat” newspaper. While looking at pages of the “Hagigat” newspaper except articles that arabian and persian contents prevail, general language of the newspaper is understandable.
Key words: press, newspaper, "Hagigat" newspaper, loanwords, XX century

MƏQALƏNİ YÜKLƏ [2,06 Mb] (yüklənib: 107)


Baxış: 260
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]