Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Toğrul Ənvər oğlu Məmmədov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant

POSTPANDEMİYA DÖVRÜNDƏ DÖVLƏTİN SAHİBKARLIĞA DƏSTƏYİ: KOS-LAR
Xülasə
Azərbaycanda ilk Covid-19 pandemiyası 2020-ci il fevralın sonlarında təsdiqlənib və məhdudlaşdırıcı tədbirlər martın əvvəlindən tədricən həyata keçirilməyə başlanmışdır. Pandemiyanın ölkə iqtisadiyyatı üçün əsas nəticələri olaraq, 2020-ci ilin martından tətbiq olunan məhdudlaşdırıcı tədbirlər sektorlar arasında əlaqələrin qırılmasına gətirib çıxardı ki, bu da iqtisadi itkilərə səbəb oldu. Ölkə iqtisadiyyatı, müxtəlif biznes subyektləri, xüsusilə kiçik və orta sahibkarlar pandemiyadan ən çox zərər çəkənlər olmuşdur. İlk gündən aparılan tədqiqatlar pandemiyanın təsirləri haqqında dəqiq nəticələr verə bilmədi. Bu dövrü bir qeyri-müəyyənlik olaraq nəzərdən keçirsək daha doğru olar. Buna görə də müxtəlif ölkələr pandemiyanın yaratdığı mənfi təsirləri aradan qaldırmaq üçün müxtəlif tədbirlər hazırlayıb tətbiq edir. Dövlətimiz də pandemiya ərzində iqtisadi böhranı keçmək, kiçik və orta sahibkarlara dəstək üçün müxtəlif tədbir planları hazırlamışdır. Məqalədə KOS-ların timsalında pandemiyanın iqtisadiyyata, onun inkişafına təsirləri araşdırılmış, həmçinin neqativ nəticələrini aradan qaldırmaq üçün dövlətin sahibkarlara dəstək tədbirləri haqqında məlumat verilmişdir. 
Açar sözlər: pandemiya, sahibkarlıq, inkişaf, dövlət dəstəyi

Toghrul Anvar Mammadov

State support for entrepreneurship in the postpandemic period: smes
Abstract
The first Covid-19 pandemic in Azerbaijan was stopped in late February 2020, and restrictive measures began in early March. As a major consequence of the pandemic for the country's economy, restrictive measures leading to economic losses can be noted. The country's economy, business entities, businesses and medium-sized businesses have the most losses from the pandemic. From the first day the researches could not give accurate conclusions about the effects of the pandemic. It would be more accurate to carry out this period as an uncertainty. Therefore, countries have applied different measures to take advantage of the effects of the pandemic. We have also developed special action plans to support the state's economic situation and small and medium-sized businesses during the pandemic. The article examines the impacts of the pandemic on the economy on the example of SMEs, as well as provides information on government measures to support entrepreneurs to eliminate the negative consequences.
Key words: pandemic, entrepreneurship, development, state support

MƏQALƏNİ YÜKLƏ [1,9 Mb] (yüklənib: 95)


Baxış: 253
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]