Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv
Məhbubə Ədil qızı Qulubəyova
Azərbaycan Dövlət Aqrar Universiteti
baş müəllim
Günel Sərdar qızı Əmiri
 Azərbaycan Dövlət Aqrar Universiteti
assistent, müəllim
Nərgiz Şakir qızı Qurbanova
Azərbaycan Dövlət Aqrar Universiteti
assistent, müəllim
Aytən Bilal qızı Nağıyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
assistent, müəllim
Sinan İlgiz oğlu Vəlizadə
 Azərbaycan Dövlət Aqrar Universiteti
assistent, müəllim

GƏNCƏ-QAZAX ZONASINDA YETİŞDİRİLƏN QARAMALIN
 DÜZGÜN YEMLƏNDİRİLMƏ TEXNOLOGİYASI
Xülasə
Tədqiqat işinin məqsədi Gəncə-Qazax zonasında yetişdirilən qaramalın düzgün yemləndirilmə texnologiyasını öyrənməkdir. Tədqiqat işi Samux rayonunda yerləşən “Suliddinoğlu” kəndli fermer təsərrüfatında, ADAU-nun “Zoomühəndislik fakültəsinin” “Kənd təsərrüfatı heyvanların yetişdirilməsi və yemləndirilməsi” kafedrasının laboratoriyasında aparılmışdır. Heyvandarlıqda istifadə olunan bütün yemləri xüsusiyyətlərinə, kimyəvi tərkibinə, həzm olunmasına və hazırlanma üsullarına görə bitki və heyvan mənşəli yemlərə ayırmaq qəbul olunmuşdur. 
Apardığımız tədqiqat işlərindən aydın oldu ki, ferma işçiləri yem istehsalının artırılması ilə yanaşı, heyvanlara veriləcək yemlərin əvvəlcədən hazırlanmasına xüsusi fikir verməlidirlər. Bu məqsədlə fermada yem hazırlayan mətbəx təşkil edilməlidir. Burada yemlərin yuyulması, doğranması, qarışdırılması, mətbəxdən pəyələrə daşınması və s. mexanikləşdirilməlidir. Qaramalın yem payında proteinin çatışmaması həm məhsuldarlığın azalmasına, həm də yemlərin səmərəsiz istifadə edilməsinə səbəb olur. Normaya əsasən yem payının hər yem vahidinə ən azı 100 qr həzmə gedən protein olmalıdır. Qarışıq və mikrobioloji sənayesinin yemləri, vitaminlər, habelə mineral əlavələri xüsusi qruplara aid edilir. Yem bitkilərinin əhəmiyyəti onların qidalılığından, yeyilməsindən və həzm olunmasından asılı olaraq təyin edilir. Kökəltmə dövründə istifadə olunan yemin və qalıqların gündəlik hesabatı aparılır və heyvanların çəkisi ayda bir dəfə yoxlanılmalıdır.
Açar sözlər: qaramal, sağmal inək, damazlıq buğa, yem norması, qarğıdalı, çuğundur, boranı, süd, diri çəki

Mahbuba Adil Gulubayova
Gunel Sardar Emiri
Nargiz Shakir Gurbanova
Aytan Bilal Naghiyeva
Sinan Ilgiz Velizadeh

The right feeding technology of cattle breeding in Ganja-Gazakh zones
Abstract
The aim of investigation work is learning of the right feeding technology of cattle breeding in Ganja-Gazakh zones. The investigation work was held in peasant household of “Suliddinoglu” situating in Samukh region and in Azerbaijan State Agrarian University's “Zoo engineering” faculty’s laboratory. It was adopted the foods which are used in cattle-breeding separate into two parts as plant and animal origin as their some features like chemical, digested and prepared form. During our investigation work it turned out that the farmers must be very attentive to the foods which are given before. For this aim it must be organized the food prepared kitchen in the farm. There must be mechanized the washing, cutting, mixing and carrying of foods to the cattle-shed. The less of protein in the food cattle caused the diminished of productivity and using of the food irrational form. Due to the norm of food it must be 100 gr digested protein in every food measure. Mixing and microbiological foods, vitamins as well as mineral additions are separated into special groups. The significance of food plants prescribed due to their nutrition, eating and digested. During the fatting process it must be calculated the daily usage of foods and theirs remainders and it must be controlled the weight of the animals once in a month. 
Keywords: cattle, milch cow, pedigree cow, feeding norm, cornflakes, beet, pumpkin, milk, alive weight

MƏQALƏNİ YÜKLƏ [2,1 Mb] (yüklənib: 71)





Baxış: 297
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]