Arzu Tofiq qızı İsgəndərzadə
AMEA Nəsimi adına Dilçilik İnstitutu
dissertant

“HƏQİQƏT” QƏZETİNİN AZƏRBAYCAN MƏTBUATINDAKI YERİ
Xülasə
XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan mətbuatının inkişafı baxımından çox əhəmiyyətlidir. Mətbuatın sürətli inkişaf etdiyi bir dövrdə Üzeyir bəy Hacıbəyovun redaktorluğu ilə nəşr edilən “Həqiqət” qəzeti də dövrün siyasi, sosial, mədəni həyatının aynası idi və həyatın müxtəlif sahələrini özündə əks etdirirdi. Qəzetin yazıçı heyətini dövrün Əhməd bəy Ağayev, Əli Abbas Müznib, Abdulla bəy Divanbəyoğlu, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Şuşi İbrahim Tahir Musayev, Həsən bəy Ağayev kimi tanınmış ziyalıları təşkil edirdi. “Həqiqət” qəzeti heç bir şeydən xəbəri olmayan bir xalqın nə maarif, nə ədəbiyyat, nə mədəniyyət, nə də təhsil sahəsində inkişaf edə bilməyəcəyi fikrini müdafiə etmişdir. Buna görə də qəzetin səhifələrində daha çox yerli və xarici ölkələrdə baş verən xəbərlərə üstünlük verilmişdir. Xəbərlərin müəyyən başlıqlar altında sistemləşdirilərək verilməsi dövrün ziyalılarının diqqətini daha çox ictimai və siyasi xəbərlərin çəkdiyinin göstəricisidir. Qəzet dövrün tələblərinə uyğun olaraq ərəb əlifbası ilə nəşr edilirdi. Ərəb, fars, osmanlı (türk) sözlərinin çox işlənməsinə baxmayaraq qəzetin dili anlaşılandır. “Həqiqət” qəzeti Azərbaycan demokratik mətbuatında öz mövqeyi olan mətbu orqanlarından biri idi.
Açar sözlər: Həqiqət qəzeti, mətbuat, Azərbaycan mətbuatı, XX əsr, milli mətbuat

Arzu Tofig Iskenderzade

The place of "Haqiqat" newspaper in Azerbaijan press
Abstract
The end of the 19th and early 20th centuries is very important for the development of the Azerbaijani press. The "Khagigat"(Truth) newspaper, published by Uzeyir Hajibeyov's editorial office, was a mirror of the political, social and cultural life of the period and reflected in different spheres of life. Writers of the newspaper were famous intellectuals such as Ahmed bey Agayev, Ali Abbas Muznib, Abdulla bey Divanbayoglu, Uzeyir Hajibeyov, Hussein Javid, Shushi Ibrahim Tahir Musayev, Hasan bey Agayev. The newspaper "Khagigat"(Truth) argued that a nation that was unaware of anything could not develop in education, literature, culture, or education. For this reason, the pages of the newspaper have been predominantly favored by local and foreign news. Systematization of news under certain headings is an indication of the fact that the attention of the intellectuals of the period attracted more public and political news. The newspaper was published in Arabic alphabet according to the requirements of the period. Although the Arabic, Persian and Ottoman words are widely used, the language of the newspaper is understandable. The "Khagigat"(Truth) newspaper was one of the distinguished press organs in Azerbaijan's democratic media.
Key words: Haqiqat newspaper, press, Azerbaijani press, XX century, national press

MƏQALƏNİ YÜKLƏ [166,83 Kb] (yüklənib: 25)


Baxış: 275
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]