Nigar Arif Qurbanova
Bakı Dövlət Universiteti
magistrant

İNZİBATİ İCRAATDA MARAQLI ŞƏXSLƏRİN İŞTİRAKI VƏ
 İŞİN HALLARININ OBYEKTİV ARAŞDIRILMASI
Xülasə
Məqalədə inzibati icraatda prosedur prinsip və təminatların növləri nəzərdən keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 24-cü maddələri ətraflı şərh edilir. Habelə inzibati icraatda maraqlı şəxslərin iştirakı və işin hallarının obyektiv araşdırılması prosedur prinsip və təminatlarının xüsusiyyətləri izah edilir. Belə ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan qanunla müəyyən edilmiş hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Habelə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bundan əlavə maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 
Açar sözlər:inzibati icraat, prosedur prinsiplər və təminatlar, maraqlı şəxslər, inzibati akt, sübutlar, işin halları, ərizə, məsuliyyət

Nigar Arif Gurbanova

Participation of interested persons in administrative proceedings
 
and objective investigation of the case
Abstract
The article considers the procedural principles and types of guarantees in administrative proceedings. Articles 21 and 24 of the Law of the Republic of Azerbaijan “On Administrative Proceedings” are explained in detail. It also explains the features of the procedural principles and guarantees of the participation of interested persons in the administrative proceedings and the objective investigation of the case. Thus, unless otherwise provided by law, the administrative body must inform the interested person or his representative about the administrative proceedings and ensure his participation in the case. The administrative body may refuse to listen to interested persons or their representatives in cases provided by law. In addition, the administrative body is obliged to thoroughly, completely and objectively investigate all the facts that are important for the proper resolution of the case during the administrative proceedings. In addition, it cannot refuse to investigate and take into account the circumstances in favor of interested parties.
Key words: administrative proceedings, procedural principles and guarantees, interested persons, administrative act, evidence, circumstances of the case, application, responsibility

MƏQALƏNİ YÜKLƏ [135,11 Kb] (yüklənib: 44)


Baxış: 311
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]